Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin may ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 480.6 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin mayın 1-i ilə müqayisədə 88.1 milyon manat (22.4%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında banklar 392.5 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 663.4 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
