Banklar bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edib | Banco.az

Banklar bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram