Banklar bu il mənfəət əldə etsə də vergisini ödəməyib - SƏBƏB NƏDİR? | Banco.az

Banklar bu il mənfəət əldə etsə də vergisini ödəməyib - SƏBƏB NƏDİR?

Hər bir müəssisə əldə etdiyi mənfəətdən dövlət büdcəsinə mənfəət vergisi ödəyir. Mənfəət vergisi əslində illik vergidir və hər il üçün növbəti ilin mart ayının 31-i tarixinədək ödənməlidir. Lakin bu o demək deyil ki, şirkətlər vergini ödəmək üçün 1 il gözləyirlər. Mənfəət vergisi həm də cari ödəmələr şəklində hər rüb ödənilir.

Belə ki, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bəs mənfəət vergisinin bir hissəsi olan cari ödəmələr necə hesablanır?

Cari vergilər 2 metodla hesablanır:

1. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Yəni rüb ərzində ödənən mənfəət vergisi ilin sonunda ümumi mənfəət vergisində nəzərə alınır və ondan çıxılır.

Biz isə sizlər üçün banklarımızın 2017-ci ilin ilk yarısında dövlət büdcəsinə ödədikləri cari mənfəət vergisini araşdırdıq.

Sözügedən dövrdə dövlət büdcəsinə vergi ödəyən banklar yalnız cədvəldə gördüklərinizdir:

Bank

Mənfəət vergisi

(manat)

Kapital Bank

11.455.380

Paşa Bank

3.662.000

ASB Bank

1.103.940

VTB Bank Azərbaycan

822.590

Ziraat Bankı

376.270

Bank Silk Way

135.930

Yapı Kredi Bank Azərbaycan

122.000

Muğanbank

45.490

Ən sərfəli kredit üçün müraciət et

Bəli, cədvəldə yer almayan bankların hesabatlarında mənfəət vergisi 0 olaraq göstərilib. Onların bir çoxu ilin yarısında mənfəətdədir. Bəs banklar niyə vergi ödəməyib? 

Bunun əsas səbəbi odur ki, banklar mənfəət vergisinin cari ödəmələr şəklində dövlət büdcəsinə köçürülməsinin hər iki metodunda ötən ilin mənfəət vergisini nəzərə almalı və ötən il üçün ödədiyi mənfəət vergisinə uyğun olaraq vergi ödəməli idilər. Bildiyimiz kimi, ötən il bankların demək olar ki, əksəriyyəti mənfəət əldə edə bilməmiş və ili zərərlə bitirmişdilər. Mənfəət vergisi mənfəətdən hesablandığı üçün onlar bu vergini ödəməmişdilər. Elə buna görə də, hazırkı mənfəətdən vergiləri 0-a bərabər olmuşdur.

Bu il isə ilin ilk yarısında dövlət büdcəsinə ən çox cari ödəmələr üzrə Kapital Bank, Paşa BankASB Bank siyahıda birincidir.

Ən sərfəli krediti almaq üçün müraciət et