Banklar bankomatların və pos-terminalların sayını artırıblar | Banco.az

Banklar bankomatların və pos-terminalların sayını artırıblar

2014-cü il dekabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,586 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 6,8% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Məlumata əsasən, dekabrın 1-nə Bakıda 1460 (artım 6,9%), regionlarda 1 126 ədəd bankomat (artım 6,6%) quraşdırılıb.

2014-cü ilin yanvar-noyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında mühüm artım müşahidə olunub. Xüsusilə ötən ilin dekabr ayının əvvəlinə onların sayı 68,676 min ədəd (artım 2,06 dəfə) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Bakıda 47,25 min ədəd (artım 63,3%), regionlarda 21,426 min ədəd (artım 4,9 dəfə) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində 67,227 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.

interfax.az