Banklar aprelədək informasiya təhlükəsizliyini müvafiq standartlara uyğunlaşdırmalıdır | Banco.az

Banklar aprelədək informasiya təhlükəsizliyini müvafiq standartlara uyğunlaşdırmalıdır

Azərbaycan banklarına informasiya təhlükəsizliyini müvafiq ISO 27000 standartlarına uyğunlaşması ilə bağlı aprel ayınadək vaxt verilib.

Bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya texnologiyaları üzrə direktoru Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu standarta uyğun qaydalar 2021-ci ildə ölkədə fəaliyyət göstərən bütün banklarla birgə işlənilib.

"Qaydalar 2021-ci ilin iyun ayında təsdiq olunsa da, bunun tətbiqinin ağırlığı və çətinliyini nəzərə alaraq biz banklara müəyyən müddət verdik. Bu müddət 2022-ci ilin aprel ayında bitəcək",- deyə A. Quliyev qeyd edib.

O həmçinin əlavə edib ki, Qaydalar maliyyə və bank sektoruna əməliyyat risklərinin azaldılmasına, etibarlılığını yüksəldilməsinə, fəaliyyətin təhlükəsizliyinin artırılmasına, beynəlxalq qaydalara uyğun fəaliyyətin təmin olunmasına, informasiya sistemlərində səhv ehtimalların azalması və rəqabətliliyin artırılmasına gətirib çıxaracaq.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram