Bankların əksəriyyəti artıq 2016-cı ilin ilk yarım ili üçün “Mənfəət və zərər” göstəricilərini yayımlayıblar.
Bəzi banklar 2016-cı ili yüksək mənfəətlə yarıda qoysa da, bəzi banklar zərərlə qarşılaşıb.
Banco.az olaraq araşdırmalarımıza əsasən maliyyə göstəricilərini açıqlayan bankların cari ilin 1-ci yarımilliyi üçün mənfəəti (zərəri) aşağıdakı kimi olub:
BANKLAR |
MƏNFƏƏT-ZƏRƏR (manat) |
TARİX |
Paşa Bank |
27 641 000 |
30.06.2016 |
Atabank |
10 550 140 |
30.06.2016 |
Azər Türk Bank |
8 900 960 |
30.06.2016 |
Caspian Development |
5 617 320 |
30.06.2016 |
ASB Bank |
5 494 490 |
30.06.2016 |
Bank Avrasiya |
4 243 100 |
31.05.2016 |
Ziraat Bank |
3 494 890 |
30.06.2016 |
AFB Bank |
2 604 352 |
30.06.2016 |
Bank Silk Way |
-429 060 |
30.06.2016 |
Turanbank |
-1 265 509 |
30.06.2016 |
Mənfəətinin həcminə görə ilk üçlükdə aşağıdakı banklardır:
- “Paşa Bank” 2015-ci ilin yekununda 5 milyon manat mənfəət əldə etmişdi, 2016-cı ilin yarısını isə mənfəətini 22 milyon manat artıraraq 27 milyon manat mənfəətlə tamamlayıb.
- “AtaBank”ın mənfəəti 2016-cı ilin birinci yarısı üçün 10 milyon 550 min manat olub, bu isə 2015-ci ilin yekunu ilə müqayisədə təqribən bu, 8 dəfə çoxdur.
- “Azər Türk Bank” isə 8,9 milyon manat mənfəət əldə edib ki, onun da təqribən 11 milyon manatını faiz gəlirləri, 2,8 milyon manatını faiz xərcləri təşkil edir.
“Caspian Development Bank”-ın mənfəəti birinci rübdə 5,5 milyon manatdan artaraq cari ilin birinci yarımilində 5,6 milyon manat olub.
“ASB Bankı”n keçən ilin yekununda mənfəət göstəricisi 3 milyon 556 min manat idi və bu göstərici danışılan dövrdə 54% artaraq 5 milyon 494 min manat olub.
“Bank Avrasiya” isə birinci rüb ilə müqayisədə mənfəətini 2 milyon 485 min manat artaraq 2016-cı ilin birinci yarımilini 4 milyon 243 min manat mənfəətlə tamamlamışdır.
“Ziraat Bankı” 2015-ci ilin birinci yarımillik mənfəət göstəricisi ilə müqayisədə mənfəətini təqribən 7 dəfə artıraraq 3 milyon 495 min manat mənfəət əldə etmişdir.
“AFB Bank”ın mənfəəti isə birinci rübdə 1 milyon 372 min manat, ikinci rübdə isə 1 milyon 232 min manat olaraq 1-ci yarımildə toplam 2 milyon 604 min manat olub.
Bununla yanaşı, yüksək zərərlə qarşılaşan banklar da olmuşdur. Danışılan dövrdə “Turanbank” 1,27 milyon manat, “Bank Silk Way” 0,43 milyon manat zərərə uğrayıb.
Mənfəət və zərərlə bərabər bankların dövrün sonunda malik olduğu pul vəsaitlərinin həcmi də önəmlidir. Çünki banklar dövrü mənfəətlə başa vursalar da əllərində kifayət qədər nağd pulun olmaması onların bank əməliyyatlarını gecikdirə bilər. Bankın pul axınları və dövrün sonunda malik olduğu pul vəsaitləri “Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat”da öz əksini tapır.
Təəsüf ki, bankların əksəriyyəti bu hesabatı açıqlamır.
Araşdırmalarımıza əsasən cari ilin birinci yarımilliyində yalnız 3 bank “Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat”ı açıqlamışdır. Bunlar “Bank of Baku”, “AFB Bank” və “Turanbank”-dır.
Bu banklarda cari ilin birinci yarısında pul vəsaitinin həcmi belədir:
BANKLAR |
PUL VƏSAİTLƏRİ İLİN SONUNA (manat) |
TARİX |
AFB Bank |
290 889 760 |
30.06.2016 |
Turanbank |
163 494 900 |
30.06.2016 |
Bank of Baku |
123 477 000 |
30.06.2016 |