Bankirlər sektoru tənzimləyən bəzi qaydaları dəyişmək istəyir | Banco.az

Bankirlər sektoru tənzimləyən bəzi qaydaları dəyişmək istəyir

Bank sektorunu tənzimləyən qaydalara dair təkliflər müzakirə olunub

24 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası, “Rabitəbank”, “AtaBank”,  “Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank” və “Azərbaycan Sənaye Bankı”nın təmsil olunduğu “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. İclasda ABA-nın əməkdaşlıq etdiyi “Ernest&Young” şirkətinin eksperti Yokub Sharafitdinov iştirak edib.
İclas zamanı  “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın layihələrinə dair təkliflər müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.


Ən sərfəli krediti almaq üçün müraciət et