Bankirlər Mərkəzi Bankın qərarı haqda nə düşünür? | Banco.az

Bankirlər Mərkəzi Bankın qərarı haqda nə düşünür?

Bankirlərin müzakirəsi

Suallar:
- 50% məhdudiyyəti Banklar və BOKT-lar üçün. (aylıq ümumi kredit ödənişinin gəlirə nisbəti MAX 50%) nə vəd edir?
- İstehlak kreditlərinin bazarda sıxılması gələcək dövrdə bizə nə göstərək? Nə qazandıracaq, nə itirəcək?
- Bankların bundan sonrakı addımı nə olacaq?
- Bu qərarla bazarda payı azalmış sələmçilərin fəaliyyətini genişləndirməsinə yenidən imkan yaradacağı fikri yaranmır?

Bankir 1

İstehlak kreditlərinin sıxılması prosesi çoxdan gedir. Ümumiyyətlə istehlak kreditləri daha çox bazara girmək üçün bir vasitə kimi istifadə edilir bir çox hallarda. Bazarda yerini tutduqdan sonra əsas məhsul kimi mikro və SME kreditlər rol oynayır. Belə görünür ki, banklar bundan sonra mikro kreditlərə daha çox diqqət yetirəcək. Bu məhdudiyyətlərin tətbiqindən sonra əlavə olaraq kreditin müddətilə də bağlı bir qərara ehtiyac yaranır.

Bu əmsalın hesablanmasında kredit ödənişləri ilə yanaşı zaminlik öhdəlikləri də nəzərə alınmalıdır.

Bankir 2

Bu qərar bankların sosial məsuliyyətinin artırılması və vətəndaşların həddindən artıq borclanmasının qarşısının alınması məqsədi daşıyır.

Çox güman ki, banklar mikro kredit adı altında istehlak krediti vercəklər, bu proqnozlardan biridir.

İstehlak kreditləri sahəsində ixtisaslasşn bankların çəkisi azalacaq.

Hal-hazırda açıq şəkildə deməsələr də, iqtisadi böhan özünü göstərməkdədir. Mənim fikrimcə belə vaxtda banklar daha çox qazanc götürməyə deyil,  mövcud çətin vəziyyətdə ayaq üstə durmağa çalışırlar.  Bunun özü banklar üçün bir qazanc olacaq və öz səmərəsini böhrandan sonra verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bankir 3

Deməli bazarda saxta arayışların xüsusi çəkisi artacaq. 2014-cü ildə yanvar ayından arayışlı kreditlərə keçilməsi zamanı belə hallar kifayət qədər çox olmuşdu. Və kredit təşkilatlarında bunun monitorinqi heç də ürəkaçan deyildi. Hər kredit təkilatında avtomatlasdırılmış sistem yoxdur ki, lazımı sənədlər sistemə işlənsin. Və 50% məsələsəinə hansı formada tam nəzarət olunacağı hələ ki, açıq qalır. Onsuz da hazırda əhalinin kredit alışına meyli bir az azalıb. Mənim fikrimcə kart kreditlərinin satışı müəyyən qədər aktivləşə bilər (hərçənd 50% məhdudiyyətinin kart kreditlərinə şamil olub-olmadığını bilmirəm)

Bu məsələ ümumilikdə pərakəndə kredit satışında çalışan əməkdaşların əməkhaqqılarını aşağı salacaq. Bu sahədə müəyyən ixtisarlar olacaq. 

Maraqlısı isə odur ki, onsuz da kredit üstündə qurulmuş  iqtisadiyyat necə ayaq üstündə qalacaq?

Dövlət dəstəyi? Nəzəriyyədə belə bazar iqtisadiyyatında dövlət dəstəyi uğurlu addım deyi. Əhalinin gəlirləri ixtisarlar səbəbindən onsuz da azalıb. Həmçinin ödənişlərlə bağlı problemlərin sayı xeyli artıb.  Müəyyən bankların ən yaxşı müştərilərində belə gecikmələr artıb. Bu əvvəl də var idi, sadəcə yenidən maliyyələşmə bunu görməyə imkan vermirdi ki, indi bu da mümkün deyil.

Bankir 4

Hal hazırda banklar bazarda rəqabəti çox çirkinləşdirib. Ümumi vətəndaşların kreditə müraciəti çox azaldığı bir dövrdə, istehlak kreditinin verilməsinə qoyulan filtr bankları “təmiz” işləməyə sövq edəcəkmi? Banklarımız sosial məsuliyyətli fikirləşəcək, yoxsa yaşaya bilmək üçün qazanc yolunu tutacaq? - Əsas sual budur.

2-ci hissə burada 

Bank əməkdaşları gizliliyin saxlanılmasını xahiş etdikləri, üçün onların adları açıqlanmayıb.