Bankirlər Mərkəzi Bankın qərarı haqda nə düşünür? 2-ci hissə | Banco.az

Bankirlər Mərkəzi Bankın qərarı haqda nə düşünür? 2-ci hissə

Bankirlərin müzakirəsi

Suallar:
- 50% məhdudiyyəti Banklar və BOKT-lar üçün. (aylıq ümumi kredit ödənişinin gəlirə nisbəti MAX 50%) nə vəd edir?
- İstehlak kreditlərinin bazarda sıxılması gələcək dövrdə bizə nə göstərək? Nə qazandıracaq, nə itirəcək?
- Bankların bundan sonrakı addımı nə olacaq?
- Bu qərarla bazarda payı azalmış sələmçilərin fəaliyyətini genişləndirməsinə yenidən imkan yaradacağı fikri yaranmır?

Birinci hissə burada

 

Bankir 5

Ümumilikdə Mərkəzi Bankın kreditlərə, xüsusən də istehlak kreditlərinə qoyduğu qadağalar müsbət haldır. Bu ilk növbədə banklarda kredit olmayan məhsulların və xidmətlərin inkişafına, müştəri xidməti səviyyəsinin yüksəldilməsinə təsir edəcək

Mən sadəcə qadağaların nəticəsində bankların digər məhsullara üstünlük vermələrinin vacib olduğunu firindəyəm. Hal hazırda banklarda brend menecerlər yaratdıqları məhsullarda üstünlüyü kreditlərə verirlər. Əslində bu normal haldır, həqiqətdir. Bankların əsas gəlir mənbəyi kreditdir.

Ancaq yeni, fərqli məhsul yaratmaqla tələbat yaratmaq olar. Bank sahəsində çalışan hər kəsə məlum idi ki, bir müddət əvvəl yaşanan kütləvi kreditləşmənin gec-tez acı nəticələri özünü göstərməli idi. Ancaq bu devalvasiya ilə birlikdə daha kəskin formada baş verdi. Mən, bankların öz alternativ gəlir mənbələrinin daha da optimallaşdırılmasının tərəfdarıyam.

Bankir 6

İstehlak kreditlərinin həcminin azalması əslində banklar üçün heç də əməhiyyətli bir faktor deyil.  Hətta hal-hazırkı vəziyyətdə mikro-biznes kreditləri kifayət qədər risk daşıyır. Bu proses dolların devalvasiyasından sonra özünü daha qabarıq göstərdi.

Ən sərfəli kredit üçün müraciət et

Bazar iqtisadiyyatında istənilən bir sektorda zəiflik zəncirvari şəkildə digər sahələrdə də özünü biruzə verir. Belə bir şəraitdə banklar təbii ki stabil gəliri olan müştərilərə üstünlük verməlidir.

Bankir 7

Əgər bir bankın mütəxəssis yetişdirmək qabiliyyəti varsa və nəzarət mexanizmmi güclüdürsə, həmin bank üçün mikro kreditlər riskli sayıla bilməz. Bazar riskli ola bilər, amma bu o demək deyil ki, bu bütün bazar oyunçularına aiddir. Bu dəqiqədən sonra “mütəxəssislərin dövrü” olacaq. “Quşu gözündən vurmağı bacaran” mütəxəssis bankda önə çəkiləcəkdir. Verilən qərara gəldikdə, yəqin ki, hökumətimiz  bizim düşünə bilmədiklərimizi də düşünüb. Istənilən halda məqsədlərdən biri digər bank məhsullarınıninkişaf etdirilməsidir ki, mövcud iqtisadi şəraitdə və neftin qiymətinin ucuzlaşdığı bir dövrdə real sektorun inkişaf etdirilməsi, əhalinin gəlir səviyyəsinin artırılması iqtisadiyyata müsbət təsir etməlidir.

Bunun üçün sadəcə gözləmək lazımdır. Mərkəzi Bank banklar üçün yenidən kreditləşmənin faiz dərəcəsini endirdi. Əlavə olaraq, sırf biznes kreditləri məqsədi ilə likvid vəsaitlə bağlı yardım edərsə və ya əlavə olaraq, yüngülləşdisidi şərtlərin tətbiq edilməsini tövsiyə edərsə, demək olar ki, biznes kreditləri dövrü başlayacaq.  

Amma istənilən halda belə, bu qərar düşünürəm ki, hamını oyadacaqdır. Sosial rıfah üçün müsbət təsir edəcəkdir və əslində çox az banka mənfi təsir edəcək.. Çünki onsuz da əksər banklar, müştərinin gəlirlərinin 40%-dən artıq miqdarda kredit vermir. Çox az sayda bankda bu hədd 70%-ə çatmışdı, lakin o da komisyon xərcinin olması səbəbindən idi. Banklar xeyrini komisyon xərcindən götürürsü və ziyanlığa baxmırdı.

Lakin düşünürəm ki, məlum 1% komisyon xərci qərarından sonra onlar da riskə getmirdirlər. Qaldı ki, müştərinin sələm götürməsinə, sələm götürəcək şəxsə, gəlirinin 100%-i həcmində kredit versən belə, o yenə sələm götürəcək. 

Bank əməkdaşları gizliliyin saxlanılmasını xahiş etdikləri üçün, onların adları açıqlanmayıb.