Fevralın 21-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq saat 15:00-da Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə “Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) tərkibində əyişiklik edilməsi, eləcə də MŞ-nın bəzi qərarlarının müzakirəsi daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.
Mənbə: Report.az