Bankın aktivləri 2 dəfəyə qədər artıb | Banco.az

Bankın aktivləri 2 dəfəyə qədər artıb

Paşa Bank ötən ilin yekun maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, 31 dekabr 2016-cı ildə bankın ümumi aktivlərinin həcmi 3 mlrd. 138 min 773 min manat artıb. Sözügedən dövrdə bankın aktivləri digər rüblərlə müqayisədə artaraq maksimum həddə çatıb.

31 mart 2016-cı il göstəriciləri ilə müqayisədə isə Paşa Bankın aktivləri 2 dəfəyə yaxın artıb. Qeyd edək ki, ötən ilin birinci rübündə bankın aktivləri 1 mlrd. 952 mln. 467 min manat olub.

Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 870 mln. 171 min manat təşkil edib. Bu isə 30 sentyabr göstəriciləri ilə müqayisədə 17.7%, 30 iyun göstəriciləri ilə müqayisədə 26% çoxdur.

Ötən ilin son rübündə bankın cəmi öhdəlikləri də artaraq 2 mlrd. 736 mln. 408 min manat həddinə çatıb.

Bankın kapitalı artıb.

Sözügedən dövrdə bankın cəmi kapitalı 402 mln. 364 min manat olub. 2016-cı ilin son rübündə 1-ci rübə nisbətən bankın cəmi kapitalı 4,8% və ya 18 mln. 643 min manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank ili mənfəət ilə başa vurub.

Bankın “Mənfəət və zərər hesabatı”na əsasən 31 dekabr 2016-cı ildə bankın 57 mln. 534 min manat ümumi mənfəəti olub. Vergilər ödənildikdən sonra isə bankın xalis mənfəəti 48 mln. 299 min manat olub.

Qeyd edək ki, ötən ilin 3-cü rübündə bank 7,7 mln. manat, 2-ci rübündə isə 9,3 mln manat zərərlə üzləşmişdi.

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-5 özəl bankları siyahısına daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et