Bankın 45 min işçisi ixtisar olunacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bankın 45 min işçisi ixtisar olunacaq

Rusiyanın ən böyük universal kommersiya bankı olan "Sberbank" 2025-ci ilə qədər işçilərin sayını 13,8% və ya 45 min nəfər azaldaraq 280 minə endirməyi planlaşdırır. "Rambler News Service"ə istinadən xəbər verilir ki, bunu "Rossiya24" telekanalına müsahibəsində Bankın İdarə Heyətinin sədri German Qref
bildirib.

Bankir qeyd edib ki, işçilərin məşğulluq strukturu prinsipial şəkildə dəyişdiriləcək. "Bizim üçün əsas olan hər bir əməkdaşımızın təhsil alması, yenidən öyrədilməsi və yeni ixtisasa yiyələnmə imkanının verilməsidir".

Mənbə: Report.az