Bankda filial müdiri olmaq imkanı | Banco.az

Bankda filial müdiri olmaq imkanı

İş barədə məlumat

- Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək 
- Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək 
- Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq 
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək 
- Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialların açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq 
- Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək 
- Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək 
- Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək 
- Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək 
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq 
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək 
- Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək 
- Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq 
- Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirmək 
- Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək

Ən sərfəli kredit üçün müraciət et

Namizədə tələblər

- Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir) 
- Məsuliyyətli olmalı 
- Ünsiyyət qurabilmə qabiliyyəti 
- Azərbaycan, rus dilində sərbəst danışıq bacarığı 
- Vətəndaş qüsursuzluğuna malikolma 
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı 
- Hesabatın hazırlanması və yazışma bacarığı 
- Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti 
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti 
- Ünsiyyət qurabilmə qabiliyyəti 
- Etikalı olmaq 
- Mərkəzi Bankın bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması 
- Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması 
- Bu sahədə dörd illik təcrübəyə malik olması 
- Filialın işlərini planlaşdırma bacarığına malik olması

Telefon: (012) 447-10-00

E-mail: [email protected]

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et