Bankda baş verən silahlı basqın ilə bağlı açıqlama | Banco.az

Bankda baş verən silahlı basqın ilə bağlı açıqlama

Bu gün bildiyimiz kimi Bakıda bankların birində silahlı basqın baş vermişdir. Basqını törədən şəxs hadisə yerində olan Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal müdaxilə etmiş və həmin şəxs zərərsizləşdirilmişdir. 

Bəzi sosial şəbəkə səhifələrində hadisənin Bank of Baku-nun Yasamal filialında baş verdiyini qeyd etmişdilər. Lakin bankdan Banco.az-a verilən məlumata görə həmin hadisənin Bank of Baku-ya heç bir aiddiyatı yoxdur və bankın hər hansı bir filialında belə bir hadisə baş verməyib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumatına görə bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib. Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et