Bankçılıq nəhəngləri neftin qiymətinə dair yeni proqnoz veriblər | Banco.az

Bankçılıq nəhəngləri neftin qiymətinə dair yeni proqnoz veriblər

Tamara Mustafayeva, Banco.az

Aparıcı iqtisadiyyatların tənəzüllə girəcəyi ilə bağlı artan narahatlıqlar neft analitiklərinin qiymət proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirməsinə səbəb olur.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Morgan Stanley" və İsveçrənin transmilli investisiya bankı "UBS Group" ümumi iqtisadi mənzərənin pisləşməsi fonunda qısamüddətli qiymət proqnozlarını aşağı salıblar.

"Morgan Stanley" tələbatın kəskin azalması halında üçüncü rüb üçün Brent markalı neftin qiymət proqnozunu 12 dollar azaldaraq 98 dollara, dördüncü rüb üçün isə 100 dollardan 95 dollara endirib. Agentliyin analitikləri həmçinin Rusiyanın neft ixracında azalmanın davam edəcəyini də proqnozlaşdırıblar.

"UBS Group" da Çindəki karantinlər səbəbindən Brent neftinin qiymət proqnozunu 15 dollar azaldaraq 110 dollara endirib. Covanni Staunovonun başçılıq etdiyi analitiklər Çindəki karantinlərin yaxın müddətdə tələbi ləngidəcəyini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin sentyabr ayında isə Brent markalı neftin bir barelinin 125 dollara qədər bahalaşacağını düşünürlər.

Xatırladaq ki, 2 sentyabr tarixində "Goldman Sachs" də gələn ilin sentyabr ayı üçün qiymət proqnozunu 125 dollara qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et