Bankçılıq nəhəngi neftin qiyməti ilə bağlı proqnozunu yeniləyib | Banco.az

Bankçılıq nəhəngi neftin qiyməti ilə bağlı proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” neftin qiyməti ilə bağlı yeni proqnoz verib.

Banco.az xəbər verir ki, “Morgan Stanley” OPEC+ öhdəliyindəki sıx tələb və təklif balansını və neft emalı zavodlarına son dron hücumlarından sonra Rusiyanın neft hasilatının azaldılmasını əsas gətirərək “Brent” markalı neftin 2024-cü ilin üçüncü rübü üçün neftin qiyməti ilə bağlı proqnozunu 10 dollar artıraraq 90 dollar/barelə çatdırıb.

“Morgan Stanley” OPEC və Rusiya üçün ikinci və üçüncü rüblər üzrə gündəlik tədarük proqnozunu isə 0,2-0,3 milyon barel azaldıb.

Bununla yanaşı, bank birinci rüb üzrə “Brent” markalı neftin qiymətinin bir barel üçün proqnozunu 82,5 dollardan 85 dollara, ikinci rüb üçün proqnozunu 82,5 dollardan 87,5 dollara, dördüncü rüb üçün isə 80 dollardan 85 dollara qaldırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et