Bu yaxınlarda, istifadəçilərimizdən biri bizə belə bir sualla müraciət etdi:
Banka iri həcmdə (məsələn 20-30 min azn) və ya da çox məbləği depozit kimi yerləşdirəndə pulun mənbəyini göstərən sənəd tələb edirlərmi və ya hər hansı bir yoxlanış olur?”
Bizdə bu sual ilə mütəxəssislərimizə üz tutduq. Aldığımız cavabları Sizinlə də payalaşmaq istərdik:
“Banka depozit yerləşdirəndə Sizdən pulun mənbəyi ilə maraqlana bilərlər. Əslində bu tip - pulun hardan əldən edildiyi ilə bağlı suallar ilə tez-tez qarşılaşmırsınız. Bu yalnız, banka yaxınlaşan şəxsin özünü şübhəli aparması və s hallarda ola bilər.
Amma hüquqşünaslarımız ilə məsləhətləşdikdə onlar bildirdilər ki, banka 20 min manatdan artıq vəsait yatırdıqda, həmin investisiya ilə bağlı Maliyyə Monitorinqi xidmətinə məlumat verirlər. Araşdırmanı isə Maliyyə Monitorinqi xidməti özü aparır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətini həyata keçirir, bu sahədə nəzarət sistemini təkmilləşdirir və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə əsaslar yaradan halların aşkarlanması üçün xüsusi meyarlar mövcuddur və onlar ilə burada tanış ola bilərsiniz.
Qeyd edək ki, fiziki şəxs olaraq, əmanət hesabı açmaq üçün tək şəxsiyyət vəsiqəsi əksər hallarda kifayət edir və kiçik məbləğli depozitlərdə, sizə pulu hardan əldə etməyiniz ilə bağlı suallar verilmir.