Bank VTB çimərlikdə aksiya keçirdi | Banco.az

Bank VTB çimərlikdə aksiya keçirdi

9 avqust tarixində Bank VTB (Azərbaycan) tərəfindən Bilgəh çimərliyində sahilyanı təmizlik tədbiri keçirildi.

Tədbir zamanı bank işçiləri zəruri sanitar avadanlıqlarla təchiz olunaraq sahil ərazisini tullantılardan təmizlədilər.

Bu aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət etmənin əhəmiyyətini vurğulamaq və sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın 28 avqust 2023-cü il tarixli qərarına əsasən “Banklarda korporativ idarəetmə standartları”na ESG prinsipləri inteqrasiya edilməyə başlanmışdır. Bununla bağlı banklar uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə biznes strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESG amillərini  nəzərə almalıdır.

ESG prinsiplərinin E komponenti ekologiyaya diqqət yetirilməsi və ətraf mühitin qorunması məsələlərindəki həssaslığı göstərmək üçün Bank VTB gələcəkdə də bu cür tədbirlər həyata keçirəcək.