Bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin olunub
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.
Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət poladvə ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.