Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib | Banco.az

Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib

Bank VTB (Azərbaycan)  fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb. Belə ki, indi Visa Gold kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, Visa Platinum kartı üzrə  isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kart sahibləri VTB (Azərbaycan)-ın, eləcə də NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi tərəfdaş bankların bankomatlarından vəsaitlərini əlavə komissiyasız nağdılaşdıra bilər. Bundan başqa, ölkə xaricində - Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən də pul vəsaitlərini banklararası komissiyasız çıxarmaq mümkündür.