Bank VTB Azərbaycan Maliyyə Göstəricilərini AÇIQLADI | Banco.az

Bank VTB Azərbaycan Maliyyə Göstəricilərini AÇIQLADI

“Bank VTB Azərbaycan” ASC 2019-cu ilin 9 ayını 6 milyon 363 min manat xalis mənfəət ilə başa vurub.

Cari ilin 9 ayında “Bank VTB Azərbaycan”ın cəmi gəlirləri 9 milyon 507 min manat, cəmi xərcləri 13 milyon 758 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 251 min manat əməliyyat zərəri yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların 11 milyon 756 milyon manat azad olması hesabına Bank əməliyyat zərərini bağlayıb.

Müqayisə üçün qeyd edək ki, “Bank VTB Azərbaycan” ASC 19 milyon 708  min manat əməliyyat zərərinə və 231 milyon 139 min manat ehtiyata ayırmaya görə 2018-ci ilin 9 ayını 250 milyon 847 min manat xalis zərər ilə bağlamışdır.

Müsbət trend Bankın faiz gəlirinin artması və qeyri-faiz gəliri əldə etməsidir. Bu səbəbdən əməliyyat  zərəri 4,6 dəfə azalaraq 19 milyon 708  min manatdan 4 milyon 251 min manata düşüb.

2018-ci ilin 9 ayında 5 milyon 931 min manat təşkil etmiş faiz gəlirləri cari ilin 9 ayında 6 milyon 217 min manata yüksəlib. Ötən ilin 9 ayında qeyri-faiz gəlirləri üzrə 5 milyon 512 min manat zərər etmiş “Bank VTB Azərbaycan” bu ilin 9 ayında 3 milyon 290 min manat gəlir əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

30 Sentyabr 2019-cu il tarixində “Bank VTB Azərbaycan”151 milyon 220 min manat cəmi aktivlərə malik olub, aktivlərin 50 milyon 680 min manatını xalis kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın cəmin aktivləri 135 milyon 307 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 49 milyon 402 min manat təşkil etmişdi.

30 Sentyabr 2019-cu il tarixində “Bank VTB Azərbaycan” 59 milyon 726 min manat məcmu kapitala malik olub.

 

Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: 

-Bank VTB (Rusya) – 99,9999 %

 - Fiziki şəxs – 0,0001%.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et