"Moody's" reytinq agentliyi "Bank Technique" ASC-nin kredit reytinqini aşağı salıb. Banco.az " Report"a istinadən xəbər verir ki, bununla bankın uzun müddətli xarici valyutada olan depozitlər üzrə reytinqi "Caa1"dən "Caa2"yə, baza kredit reytinqini isə "caa2"dən "caa3"ə endirib.
Uzun müddətli depozit reytinqi üzrə proqnoz isə "neqativ" olaraq açıqlanıb. Agentlik reytinqdəki azalmanı fevral ayında baş verən devalvasiya nəticəsində "Bank Technique"in kapitalında zəifləmə ilə izah edib.