Bank Technique 2014-cü ili necə başa vurdu? | Banco.az

Bank Technique 2014-cü ili necə başa vurdu?

“Bank Technique”-nin kredit portfeli 34% böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.

“Bank Technique”- 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın kredit portfeli 33,94% artaraq, 447,785 mln manata çatıb. Eyni zamanda Bankın kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi bir il öncə ilə müqayisədə 16,59 % azalaraq, 45,776 mln-dan 38,183 mln manata enib.

Bankın cəmi aktivləri isə ötən il ərzində 16,7% böyüyərək, 608, 726 mln-a çatıb.

Depozit portfelində və cəmi kapitalın həcmində müvafiq olaraq, 2% və 4% azalma qeydə alınıb.

Başa çatmış il ərzində “Bank Technique”- nin faiz gəlirləri 56,82% , qeyri-faiz gəlirləri  isə 12,63% artıb. Belə ki, ötən il Bankın faiz gəlirləri 39, 478 mln manat, qeyri-faiz gəlirləri isə 20,936 mln manat olub.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə isə analoji göstəricilər 25,174 mln manat və 18, 589 mln  manat təşkil etmişdi.

2013-cü illə müqayisədə Bankın faiz xərcləri 45,80 %, qeyri-faiz xərcləri isə 16,74 % artıb.

Qeyd edək ki, qeyri-faiz xərcləri sırasında əməkhaqqı və digər kompenasiya ödənişləri də əhəmiyyətli yer tutur və onların miqdarı 2014-cü ildə 13, 404 milyon olub ki, bu da bir il öncə ilə müqayisədə 11,23 % daha çoxdur.

Bank Technique  2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olsada, Bankın mənfəəti 2013-cü illə müqayisədə 27,15% azalıb. Beləliklə 2014-cü ildə Bankın vergidən öncəki mənfəəti 2,723 mln manat təşkil edib.

Daha ətraflı şəkildə infoqrafikada izləyə bilərsiniz. 

| Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et