Ləğv prosesində olan “Bank Standard” QSC-nin vaxtilə verdiyi kreditlərin 70 milyon manatı geri qaytarılıb.
Bu barədə jurnalistlərə açıqlamasında Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.
O həmçinin qeyd edib ki, Bankdan, ümumilikdə, 18 min kredit verilib. Bunun 10 mini hazırda ödənilir, 6 mininin geri qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılıb, 2 mininin geri qaytarılması ilə bağlı isə hüquqi prosedurlar davam etdirilir.
Report.az