"Bank Standard"ın keçmiş vəzifəli şəxsləri məhkəməyə veriləcək | Banco.az

"Bank Standard"ın keçmiş vəzifəli şəxsləri məhkəməyə veriləcək

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi vaxtilə Bankda baş vermiş qanunsuzluqlarla əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət edəcək.

Bununla bağlı qərar Komitənin bu gün keçirilən iclasında qəbul edilib.

Qurumun sədri həmçinin deyib ki, “Bank Standard”ın vəzifəli şəxslərinin vaxtı ilə yol verdikləri qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılacaq: “Bu məsələ ilə bağlı lazım olsa Avropa məhkəməsinə qədər gedəcəyik. Komitənin tərkibində kreditorları təmsil edən iki hüquq firması da var. Mən özüm də maraqlıyam ki, bu işdə kənar hüquqşünaslar da olsun və məxfiliyi qorumaq şərti ilə prosesdə iştirak etsinlər”.

Ən sərfəli kredit üçün müraciət et

Kreditorlar buna da razılıq veriblər.

İclas davam edir.

Mənbə: Report.az