"Bank Standard"ın işçiləri maaşını "Muğanbank"dan alacaq | Banco.az

"Bank Standard"ın işçiləri maaşını "Muğanbank"dan alacaq

 Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əməkdaşlarının sentyabr ayı üzrə əmək haqları nağd şəkildə ödəniləcək. Bunu Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyiblər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Həmin gündən Bankda əməliyyatlar dondurulduğu üçün işçilər sentyabr ayının maaşını ala bilməyiblər.

Ən sərfəli kredit üçün müraciət et

ADİF-dən onu da bildiriblər ki, "Bank Standard"ın bəzi işçiləri hələ ki, vəzifələrində saxlanılacaq. Onların oktyabr və növbəti aylar üçün əmək haqqı isə "Muğanbank" ASC vasitəsilə ödəniləcək: "Hazırda "Muğanbank"a plastik kartların sifariş verilməsi planlaşdırılır. Bu aydan başlayaraq "Bank Standard"da işləyəcək adamlar maaşını həmin bankın kartları vasitəsilə alacaqlar". 

Mənbə : report.az