Ləğv etmə prosesində olan “Bank Standard”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə müəyyənləşdirilmiş 1 ilik müddət dünən (10 oktyabr 2017-ci il) başa çatıb.
Bu haqda ADİF (Əmanətlərin sığortalanması Fondu) məlumat açıqlayıb.
Ümumilikdə QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 437 milyon 745 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) kompensasiya ödənilmişdir.