Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesindəki bir sıra bankların balansında olan əmlakın satışını davam etdirir.
Hazırda satışda, əsasən, banklara məxsus bankomatlar qalıb.
Bankomatların dəyəri 4 347 manatdan başlayır. Bankomatlar ləğv prosesində olan “Bank Standard” KB QSC-yə məxsusdur.
Eləcə də, birjada fond tərəfindən satışa təqdim edilən 157 ədəd mebel və texniki avadanlıq təklif edilir. Ümumi dəyəri 36.820,00 manat olan bu məhsullar ləğv prosesində olan“Texnikabank” ASC-nin balansında olan mebel və texnika avadanlığıdır.
Mebel və texniki avadanlıq ilkin satış qiymətindən 30% aşağı qiymətlə təklif olunur. Hərrac açıq formada 16.07.2018-ci il tarixində saat 11:00-da nəzərdə tutulub.
Qeyd edək ki, satışda Əmanətlərin Sığortalanması fondunun sifarişi ilə bir mənzil də var. Mənzilin (60.3 kv.m ümumi sahə, 3 otaq, təmirolunma vəziyyəti orta təmirli) ilkin dəyəri 70.080,00 manatdır.
Daşınmaz əmlak ləğv prosesində olan“Kredobank” ASC-nin kredit təminatı qismində balansa götürülmüş əmlakdır. Bununla bağlı hərrac açıq formada 09.07.2018-ci il tarixində saat 11:00- da keçiriləcək.
“Bank of Azerbaijan” ASC-nın balansında olan 60 ədəd “Verifone VX680” markalı POS-terminalın kompleks satışı üzrə hərrac 30.07.2018-ci il tarixində olacaq. Post terminallar üçün minimum təklid 7.183 manatdır.
FED.az