Bank Silk Way-in maliyyə vəziyyəti məlum oldu - SON GÖSTƏRİCİLƏR | Banco.az

Bank Silk Way-in maliyyə vəziyyəti məlum oldu - SON GÖSTƏRİCİLƏR

Bank Silk Way 2017-ci il 29 dekabr tarixinə maliyyə nəticələrini açıqlayıb.

Sözügedən tarixə bankın cəmi aktivləri  480,383 mln manat təşkil edib. Bu isə 2016-cı ilin sonu ilə müqayisədə 19%-ə yaxın artım deməkdir.Bankın cəmi öhdəlikləri isə 356,090 mln. manat olub.

Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 424,028 mln. manat, bankda yerləşdirilən müştəri depozitlərinin həcmi 241,813 mln. manat olub.

KAPİTALI ARTIB.

Bank Silk Way-in cəmi kapitalı isə 1 il ərzində 7,8 mln. manat artaraq 124,293 mln. manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın ötən il ərzində əməliyyat mənfəəti 9,355 mln. manat olub ki, onun da 7,214 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Mənfəətindən 541 min manat mənfəət vergisi ödəyən Bank Silk Way, ötən ili 1,601 mln. manat xalis mənfəətlə başa vurub.

Tam hesabatlarla buradan tanış ola bilərsiniz:

Balans hesabatı

Mənfəət və zərər hesabatı

 

Ən sərfəli krediti almaq üçün müraciət et