Bank seyfləri nə qədər etibarlıdır? | Banco.az

Bank seyfləri nə qədər etibarlıdır?

Bank seyfləri qiymətli əşyalar və kağızların saxlanıldığı xüsusi mühafizə olunmuş yerdir.  Seyflərin əsas funksiyası onları yanğın, icazəsiz istifadə, təbii fəlakət, oğurluq və s. kimi təhlükələrdən qorumaqdır. Bank seyfi bankın ən təhlükəsiz və adətən ucqar hissəsində qurulur, zirehli divarla əhatələnir  və kompleks açarla bərkidilir. Bank seyfləri həmçinin özündə ayrılıqda depozit qutularını, nağd pul siyirmələrini və başqa zəruri avadanlıqları ehtiva edir.

Seyflərin dizaynı və təhlükəsizliyi baxımından mütəxəssislər tərəfindən hər gün yeni ideyalar təklif olunur. XIX-XX əsrdə istifadə olunan seyflər nə qədər təhlükəsiz olsalar da, çox əlverişli deyildilər. Bəzən onların qalınlığı 1.5m -ə, ümumi çəkisi isə yüzlərlə tona çatırdı. Müasir dövrümüzdə seyflər daha yüngül və nazik materiallardan hazırlanır. Belə olduqda onları hissələrə ayırmaq və ya yerini dəyişmək daha asan olur və təhlükəsizlik baxımından da heç bir dəyişiklik olmur.

Ümumiyyətlə, qiymətli ləvazimatların qorunmasına ehtiyac ilk dəfə hələ eramızdan əvvəl Misir və Qədim Romada yaranıb. Daha sonra isə kilid texnologiyası daha da təkmilləşərək digər ölkələrə yayılmışdı.

Oğrularla mübarizə həm bank sahibləri, həm də xüsusi mühafizə dəstələri üçün hər zaman aktual problem olaraq qalmaqdadır. Daha qədim dövrlərdə bank seyflərində açarlı kilidlər quraşdırılırdı. Bununla da taymer seyfin qapısı açılan kimi işə düşürdü və təhlükəsizlik işçiləri siqnalizasiya vasitəsilə xəbərdar olunurdular. Daha sonra oğrulara qarşı mübarizədə nitroqliserin adlanan məhlul da istifadə olunmağa başladı. Lakin hər dəfə peşəkar oğrular seyflərə daxil olmağın yolunu axtarıb tapırdılar.

Bank soyğunçuları ilə  mübarizənin ən təkmilləşmiş variantında xüsusi ideal cihazlardan istifadə olunur. İstilik sensorları (hava temperaturundakı hərarətdə fiziki dəyişikliyi dərhal hiss edir), hərəkət detektorları (seyf daxilində, eləcə də seyfin qapısı yaxınlığında ani hərəkətləri  aşkar edir) və həyəcan siqnalları hələki oğurluğun qarşısını almaqda istifadə olunan ən son vasitələrdir.

Depozit təhlükəsizlik qutuları individual konteyner olub, onların özləri də bank seyflərində saxlanılır. Depozit qutuları adətən qiymətli metalları, daş-qaşları, valyutanı, vacib sənədləri (məs: miras), şəxsi mülkiyyət sənədlərini, doğum haqqında şəhadətnamələri və komputer yaddaşını mühafizə etmək üçün istifadə olunur. Bu cür qutular yalnız bankın xüsusi açarı, məxfi imza və şifrə tətbiq etməklə açıla bilər.

Bank seyfləri üzrə tariflər

Seyfin ölçüsü (mm)

Aylıq icarə haqqı (AZN)

Müqavilə müddətinin qurtarmasından sonra icarənin 1 günü üçün nəzərdə tutulan məbləğ (AZN) 

3 ayadək müddətə

6 ayadək müddətə

12 ayadək müddətə

12 aydan yuxarı müddətə

75x300x327

10

8

6

5

0.4

100x300x327

12

10

8

7

0.5

150x300x327

15

12

9

8

0.6

200x300x327

20

15

10

9

0.7

400x300x327

30

25

20

19

1.2

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et