Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin iyulun 1-i tarixinə 2 milyard 574 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 23,9 milyon manat azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 0,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!