Bank sektorunun xarici öhdəlikləri 569 mln. manat artıb | Banco.az

Bank sektorunun xarici öhdəlikləri 569 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayının sonuna bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 569.3 mln. manat artaraq 2,331.2 mln. manat təşkil edib. 

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə isə 707 mln. manat və ya 43,5% çoxdur. 

Qeyd edək ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram