Müəllif - Aida İsaq, Banco.az
Əmanətlərin aşağı büdcəli banklardan iri banklara köçürülməsi kreditlərə ümid bəsləyən kiçik biznes sahələrinə zərbə vura bilər.
Banco.az xəbər verir ki, bu barədə FED idarə heyətinin üzvü Filip Cefferson bildirib. Onun sözlərinə görə, diqqətin makroiqtisadiyyat üzərində cəmləşməsi nağd pulun kiçik banklardan axın etməsi məsələsini ikinci plana salır. Bank sektorunda müşahidə olunan gərginliyin kiçik banklardakı əmanətlərin azalmasına səbəb olduğunu vurğulayan ekspert regional bankların güclənməsinin əhəmiyyətini qeyd edib. İnflyasiyanın həddsiz yüksək olduğunu və FED-in 2 faizlik hədəfinə ən qısa zamanda nail olmağa çalışdığını bildirən Filip Cefferson faiz dərəcələrini daha da artırmağın məqsədəuyğun olub-olmaması ilə bağlı fikirlərini açıqlamayıb. O, son olaraq inflyasiyanın iqtisadiyyata daha çox zərər verməyəcəyinə ümid bəslədiyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!