Bank sektoru üçün ən böyük təhdid: Apple, Facebook, Google və Amazon | Banco.az

Bank sektoru üçün ən böyük təhdid: Apple, Facebook, Google və Amazon

Maliyyə şirkətləri və banklar üçün ən böyük təhdid, fintex (maliyyə texnologiyaları) startupları deyil, Facebook, Google və Amazon kimi nəhəng şirkətlərdir, bu haqda Ümumdünya iqtisadi forumunun (ÜİF) araşdırmalarına istinad edən «Коммерсантъ» yazır.

Deloitte mütəxəssisləri ilə birlikdə ÜİF ekspertləri maliyyə xidmətləri sektorunun inkişafını müəyyən edən 3 başlıca texnologiyanı vurğulayır – süni intellektin inkişafı, big data təhlili və bulud texnologiyaları.

Təhqiqatçılar qeyd edir ki, 2-3 il əvvəl maliyyə xidmətləri bazarı üçün ən böyük təhlükə yaranan fintex startupları idi, onlar bazarın həlledici sektorlarında innovasiyaların inkişaf tempini və formasını dəyişməyə nail oldular.

Təklif etdikləri həll yolları və ani kredit rəsmiləşdirilməsi istehlakçıların bazar haqda təsəvvürünü dəyişiri. Amma ekspertlər qeyd edir ki, startuplar istehlakçıların kütləvi marağını özünə cəlb edə bilmədi. Həmçinin onlar yeni maliyyə xidmətləri dünyasının vəhtədləşmiş infrastrukturunu yaratmağa müyəssər olmadılar.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda banklar fintex-startuplar tərəfindən yaranan təhlükələrə adaptasiya ola bildi və bir çoxları hətta oxşar texnologiyaların tətbiqinə başladı və rəqabətin zərərverici təsirlərini minimallaşdırdı.

Ənənəvi maliyyə şirkətləri üçün ən güclü təhlükə isə hazırda  Google, Facebook, Apple, Alibaba və özünün ödəniş və pul köçürmə sistemlərini qurub inkişaf etdirən digər nəhənglərdən gəlir.

Bildirilir ki, süni zəka, big data və “bulud” texnologiyalarının tətbiqi məhz bu texnologiya şirkətlərində uğurlu alınır və onlar yavaş-yavaş sektorun ənənəvi oyunçularının “pəncəsini tapdayırlar”. 

Ən sərfəli krediti almaq üçün müraciət et