«Bank sahiblərinə kapitalı artırmağı təklif etmişdik, artırmadılar» | Banco.az

«Bank sahiblərinə kapitalı artırmağı təklif etmişdik, artırmadılar»

Bəzi bankların bağlanması ilə bağlı qərar qəbul edilməzdən əvvəl Mərkəzi Bank həmin bankların sahiblərinə bankın kapitalını artırmağı təklif edib, amma səhmdarlar bunu etməyiblər. 

Bu barədə Mərkəzi Bankın (AMB) baş direktoru Rəşad Orucov bildirib. 

Onun sözlərinə görə, bəzi banklarda öhdəliklərin icrası ilə bağlı problemlər vardı, həm əhali, həm də kreditorlar bununla bağlı AMB-ə müraciət edirdilər. Araşdırmalar göstərdi ki, bəzi banklarda kapitalla bağlı ciddi problemlər var və onların aktivlərinin pisləşməsi, kapitallarının itirirməsi ilə nəticələnmişdi: «AMB bu banklarda sağlamlaşdırma işləri aparmaq üçün bankların səhmdarları ilə danışıqlar aparmışdı imkanlara baxılırdı ki, səhmdardar kapitallarını bərpa etsinlər. Amma səhmdarlarla aparılan danışılar kapitalın artımı ilə nəticələnmədi, nəticədə bankların ödəniş qabiliyyəti məsələsi həll edilmədi. Nətiədə AMB məcbur olub qanunvericilikdə nəzərdə tutuan tədbirləri gördü». 

Bundan sonra 4 bankda müvəqqəti inzibatçılıq tətbiq edildi, yəni banklarda idarəetmə orqanları və səhmdarların səlahiyyətləri müqvəqqəti inzibatçıya verildi. Aprelin 28-də isə iki bankın lisenziyaları ləğv edildi. R.Orucov bildirib ki, digər tədbirlər də həyat keçiriləcək: «AMB məhkəməyə müraciət edəcək ki, ləğvetmə prosesləri başlansın, banklar müflis elan edilsin və bundan sonra banklara məcburi ləğvedici təyin ediləcək və ləğvetmə işlərinə başlanılacaq». 

R.Orucov bildirib ki, hər iki bankda əmanətlər tam həmdə sığortalanıb və qorunur. 

Ən sərfəli kredit üçün müraciət et

«Ag bank» və «NBC bank»a gəlincə AMB nümayəndəsinin sözlərinə görə, həmin bankdakı əmanətlər də tam həcmdə sığortalanıb və qorunur: «Hazırda bu banklardakı vəziyyət qiymətləndirilir işlər tamamlandıqdan sonra onlar öz nəticələrini AMB İH-ə təqdim edəcəklər və onlar barədə qərar veriləcək. Amma bu qərarların nə olmasından asılı olmayaraq həmin banklardakı əmanətlər də tam həcmdə qorunur və sığortalanıb».

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et