“Bank Respublika”nın Marketinq direktoruna yeni vəzifə verildi | Banco.az

“Bank Respublika”nın Marketinq direktoruna yeni vəzifə verildi

31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olmuşdur.

İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə Baş Direktor Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olundu və onların müvafiq qruplara sədirliyi təsdiqləndi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et