“Bank Respublika”da korrupsiya qalmaqalı | Banco.az

“Bank Respublika”da korrupsiya qalmaqalı

Zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda daha bir bankda korrupsiya faktı aşkarlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Bank Respublika” ASC-nin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə onların məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et