Bank Respublika “XOŞ GƏLDİN” kampaniyasının müddətini uzadır | Banco.az

Bank Respublika “XOŞ GƏLDİN” kampaniyasının müddətini uzadır

Bank Respublika, ötən ilin sonunadək bankla yeni əməkdaşlığa başlayan korporativ müştərilər üçün “XOŞ GƏLDİN” kampaniyasına start vermişdi. İndi kampaniyanın müddəti daha 1 ay uzadılaraq yanvarın sonunadək davam edəcək.

Kampaniyanın şərtlərinə əsasən yeni əməkdaşlığa başlayan hüquqi şəxslər və fərdi sahibkarlar bankın bütün əməliyyat xidmətləri üzrə güzəştlər əldə edə biləcəklər.

Belə ki, yeni korporativ müştərilər üçün kampaniya müddəti ərzində bank, qeyri kredit xidmətləri üzrə komissiya haqlarını bir aylıq ləvğ edir: Hesabların açılması, biznes kartlar, maaş kartları, elektron bankçılıq, pos-terminal və valyuta mübadiləsi üzrə komissiyalar.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, kampaniya çərçivəsində əməkdaşlığa yeni qoşulmuş korporativ müştərilərə, ölkədaxili və xarici köçürmələr, hesabdan nəğd pulun çıxarılması, əmək haqqı kartları, biznes kartları və pos-terminal üzrə komissiyalar və digər qeyri-kredit xidmətləri üzrə komissiyalar 1 ay müddətinə ləvğ olunur.

Güzəşt müddəti bitdikdən sonra “XOŞ GƏLDİN” kampaniyası çərçivəsində yeni müştərilərə, əməliyyat həcmindən asılı olaraq standart tariflərdən daha münasib xüsusi tariflər tədbiq olunacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et