Bank Respublika və "Sabah"FK Yeni il öncəsi şəhid övladlarını sevindirdi! | Banco.az

Bank Respublika və "Sabah"FK Yeni il öncəsi şəhid övladlarını sevindirdi!

Futbol üzrə ölkə çempionatının liderlərindən biri olan “Sabah” FK və klubun baş sponsoru olduğu ölkənin aparıcı banklarından biri olan Bank Respublika Yeni il bayramı ərəfəsində təqdirəlayiq aksiya həyata keçiriblər.

Belə ki, aksiya çərçivəsində komandanın həm yerli həm əcnəbi futbolçuları Bank əməkdaşları ilə birgə klubun yerləşdiyi Masazır qəsəbəsində məskunlaşmış şəhid ailələrini ziyarət edib.

Ziyarət zamanı futbolçular və Bankın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.

Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et