Daim gəncləri və təhsili dəstəkləyən Bank Respublika, tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramına” bugün start verdi.
Bankdan verilən məlumata görə, təcrübə proqramı tələbələr arasında böyük marağa səbəb olmuş və çoxlu sayda iştirak müraciəti qəbul olunmuşdur. Namizədlər arasında aparılan testlər nəticəsində ən savadlı 25 tələbə Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb.
Bugün Bankın Baş Ofisində layihə iştirakçıları ilə ilk görüş keçirildi. Görüşdə iştirak edən Bankın İdarə Heyətinin sədr müavini Elnur Həsənov iştirakçıları salamlayaraq, onlara layihənin mahiyyəti haqda məlumat verdi və uğurlar arzuladı.
2 ay davam edəcək layihə çərçivəsndə iştirakçılar dərin biliklərə yiyələnmək, bankın komandasında çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.