Bank Respublika region filiallarına işçi axtarır! | Banco.az

Bank Respublika region filiallarına işçi axtarır!

Şəmkir, Masallı və Goranboy filialları üçün Hesab üzrə mütəxəssis:

İşin təsviri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqda ətraflı və dolğun məlumat və məsləhətlər vermək:
  • Bankın müştərilərinə xidmət etmək. O cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək:
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq:
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək:
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək:
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq:
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək:
  • Müştərilər üçün ödəniş tapşırıqlarını tərtib etmək:
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək:
  • Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək:
  • Müştərilərin sorğuları üzrə müxtəlif məzmunda (məs, hesabda olan qalıq, hesabın mövcudluğu, dövriyyə və s.) arayışları hazırlamaq:
  • Müştərilərə çek kitabçalarını vermək:
  • Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqlarını tutmaq:
  • Təhkim edilmiş bank sənədləri, möhür, ştamp, avadanlıq və s. qorunmasını təmin etmək:
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanun vericiliyin  tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək:
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq: Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq.

Namizədə olan tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • 21-30 yaş həddi
  • Ali iqtisadi təhsil
  • Dil bilikləri – Azərbaycan dili, rus dili arzuolunandır.
  • Kompüter bilikləri – Microsoft Office Programs (Word, Excel), Outlook Express
  • Ünsiyyət qurmaq qabiliyyəti
  • Məsuliyyətlilik

İş rejimi:

  • 09:00-dan 18:00-dək
  • 13:00-dan 14:00-dək nahar fasiləsi
  • Həftədə 5 iş günü.

Qeyd: CV göndərəkən mütləq qaydada e-mailin Mövzü hissəsində müraciət etdiyiniz region və vəzifəni qeyd edin, əks halda CV-lərə baxılmayacaq.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et