Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş məlumatdan məlum olur.
Məlumata görə, dəyişilik Bankın nizamnamə kapitalının 6 000 001 manat və yaxud 8,89% artırılaraq 73 461 089,1 manata çatdırılması nəticəsində baş verib.
Belə ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,45 manat olan 2 448 980 ədəd sənədsiz, adlı yeni səhm buraxılıb. "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə bağlanmış insayder əqdləri nəticəsində qiymətli kağızları "Bank Respublika"nın 2 səhmdarı - Almaniyanın "DEG" investisiya şirkət və Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) üzvü olan Natiq Saday oğlu Quliyev müvafiq olaraq 2 428 571 və 20 409 ədəd olmaqla əldə edib.
Son nəticədə onların "Bank Respublika"dakı payı müvafiq olaraq 9,2550%-dən 16,5986%-ə və 53,7243%-dən 49,4044%-ə dəyişib.
Bundan başqa, Almaniyanın "Sparkassen International Development Trust" şirkətinin payı 4,6275%-dən 4,2495%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 8,4268%-dən 7,7385%-ə, Sevda Saday qızı Quliyevanın payı 8,0669%-dən 7,408%-ə, Saday Əsəd oğlu Quliyevin payı 7,9755%-dən 7,3241%-ə, Mariya Heydər qızı Quliyevanın payı 7,8113%-dən 7,1733%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,1127%-dən 0,1035%-ə dəyişib.
Başqa sözlə, Almaniya şirkətləri "Bank Respublika"da payını 13,88%-dən 20,85%-ə çatdırıb, Quliyevlər ailəsi isə payını 86%-dən 79,05%-ə endirib.
“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü |
||||
Səhmdarlar
|
Əvvəl |
İndi |
||
Səhm sayı |
Faiz nisbəti |
Səhm sayı |
Faiz nisbəti |
|
"DEG" investisiya şirkəti (Almaniya) |
2 548 372 |
9,2550% |
4 976 943 |
16,5986% |
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) |
1 274 179 |
4,6275% |
1 274 179 |
4,2495% |
Natiq Saday oğlu Quliyev |
14 793 070 |
53,7243% |
14 813 479 |
49,4044% |
Elçin Saday oğlu Quliyev |
2 320 331 |
8,4268% |
2 320 331 |
7,7385% |
Sevda Saday qızı Quliyeva |
2 221 229 |
8,0669% |
2 221 229 |
7,4080% |
Saday Əsəd oğlu Quliyev |
2 196 078 |
7,9755% |
2 196 078 |
7,3241% |
Mariya Heydər qızı Quliyeva |
2 150 841 |
7,8113% |
2 150 841 |
7,1733% |
Digər 3 hüquqi və 9 fiziki şəxs |
31 038 |
0,1127% |
31 038 |
0,1035% |
Cəmi |
27 535 138 |
100,0000% |
29 984 118 |
100,0000% |
Nizamnamə kapitalı |
67 461 088,1 manat |
73 461 089,1 manat |
© "Renkinq"