Bank Respublika kapitalını 10 mln manatadək artırır | Banco.az

Bank Respublika kapitalını 10 mln manatadək artırır

“Moody’s” beynəlxalq reytinq agentliyi “Bank Respublika” ASC-nin kontragent riskləri üzrə reytinqini “B3” səviyyəsində təsdiqləyib.

Məlumatda deyilir ki, eyni zamanda, agentlik ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə “Bank Respublika”nın ehtiyatların yaradılması istiqamətində aktiv siyasət apardığını və bununla da kapitalının azaldığını nəzərə alaraq onun digər reytinqlərini də dəyişib. Belə ki, Bankın kredit qiymətləndirmə reytinqi “B3” səviyyəsindən “Caa1” səviyyəsinə endirilib.

“Bank Respublika”nın davamlı inkişafını təmin etmək məqsədilə Bankın səhmdarları onun nizamnamə kapitalının 10 mln manat. məbləğində və yaxud 17,4% artırılması barədə razılığa gəliblər. Bu artım maliyyə qurumunun gəlirliyinin artması ilə yanaşı reytinqinə yenidən baxılması üçün əsas yaradır. Belə ki, “Moody’s”in analitikləri maliyyə təşkilatının əsas dayanıqlılıqq parametrlərindən biri olan likvidliyinin güclü olmasını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatirladaq ki, “Bank Respublika” 2016-cı ilin sentyabrnda nizamnamə kapitalını 20 mln. manat artıraraq 57,461 mln. manata çatdırıb.

Azərbaycan Mərkəzi Bankının 22 may 1992-ci il tarixli lisenziyası əsasında fəaliyyətə başlamış “Bank Respublika” 25 ildir ki effektiv maliyyə xidmətləri göstərir. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu “KfW” (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü “DEG” İnvestisiya Şirkəti və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “Sparkassen International Development Trust” şirkəti var.