Bank Respublika-dan sevgilisi olmayanlara orijinal KAMPANİYA | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank Respublika-dan sevgilisi olmayanlara orijinal KAMPANİYA

Bildiyimiz kimi 14 fevral bütün dünada "Valentine's Day - Sevgililər Günü" kimi qeyd olunur. Bu günü səbirsizliklə gözləyənlərlə bərabər, bu günü sevməyənlər də az deyil. Xüsusən də, sevgilisi olmayan gənclər. Ətrafda sevgililər əl-ələ, müxtəlif hədiyyələrlə, güllərlə dolaşır və sizin yalnız olduğunuzu sanki hər daim yadınıza salırlar. Lakin, üzülməyə dəyməz :)

Çünki, həmin gün yalnız sevgililərə özəl kampaniyalardan fərqli olaraq, Bank Respublika Sevgililər gününü yalnız keçirənləri, hələ də yarını tapmayanları düşünərək orijinal kampaniyaya start verib.

Müsabiqədə iştirak edin və dostlarınızla birlikdə CinemaPlus-a 3 nəfərlik bilet qazanmaq şansı əldə edin!

Şərtlər haqqında ətraflı məlumat verək:

- Demək, əvvəlcə Bank Respublikanın facebook səhifəsinə daxil olun və sevgililər gününə özəl postu tapın. Həm səhifəni, həm də postu bəyənin.

- Bu postu səhifənizdə hər kəsə açıq şəkildə paylaşın,

- 2 dostunuzu şərh bölməsinə tag edin.

Qeyd edək ki, yalnız bütün şərtləri düzgün yerinə yetirən 3 nəfər qalib olacaq. 

Müsabiqə 13 fevral saat 20.00-a qədər davam edəcək və qalib woobox proqramı vasitəsilə təsadüfi seçim nəticəsində seçiləcək

Başladıq! Hər kəsə uğurlar!