Bank Respublika Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qaliblərini müəyyən etdi | Banco.az

Bank Respublika Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qaliblərini müəyyən etdi

21 may tarixində Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri bəlli oldu.

Qonaqları giriş sözü ilə salamlayan Bankın Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov qeyd etdilər ki, müsabiqəni təşkil etməkdə məqsəd - Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.

Müsabiqədə iştirak üçün tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilmişdir. Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, Bank Respublika və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti göndərilən bütün yazıları təhlil etdikdən sonra müsabiqənin 3 qalibini müəyyən etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qaliblərin adları:

I yer - Əsgərova Nərmin (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)

II yer - Ömərova Nigar (Azərbaycan Turizm və Menecment Universiteti)

III yer - Vəlixanov Nazim (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

 

Qalibləri təbrik etdikdən sonra onlara müsabiqədə iştirak etdikləri üçün bir daha təşəkkür edildi, onlara pul mükafatı və qalibiyyət sertifikatları təqdim olundu.