“Bank Respublika ASC” 2016-cı ilin yekunu ilə bağlı maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, sözügedən dövrdə bankın cəmi aktivləri 912 mln. 117 min manat təşkil edib.
Bu isə 2015-ci ilin son rübü ilə müqayisədə 2% çoxdur. Qeyd edək ki, 2015-ci il dekabrın 31 tarixinə bankın cəmi aktivləri 893 mln. 561 min manat təşkil edirdi.
Bankın kredit portfeli isə 283 mln. 174 min manat təşkil edib. Bu da 2016-cı ilin ilk rübü ilə müqayisədə 10 mln. 309 min manat az, həmin ilin 3-cü rübü ilə müqayisədə isə 14 mln. 174 min manat çoxdur.
Ötən ilin son rübündə hüquqi şəxslər tərəfindən 361 mln. 855 min manat, fiziki şəxslər tərəfindən isə 189 mln. 961 min manat məbləğində depozit yerləşdirilib.
“Bank Respublika”nın balans kapitalı 40 mln. 324 min manat həcmində qeydə alınıb.
Bank 2016-cı ili 34 mln. 609 min manat zərər ilə başa vurub.
Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.