Müəllif - Aida İsaq, Banco.az
Yaponiya Mərkəzi Bankının xərclərin artımı ilə bağlı inflyasiyaya reaksiyası iqtisadi şəraitdən asılı olacaq.
Banco.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəhbəri Kazuo Ueda bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, mərkəzi banklar üçün xərclərə əsaslanan inflyasiya ilə məşğul olmaq çox çətindir.
“Bir tərəfdən inflyasiyanı cilovlamağa çalışarkən, digər tərəfdən isə xərc inflyasiyasının soyuyacağını bilə-bilə pul siyasətini sərtləşdirməmək tələb olunur. Düzgün tarazlığa nail olmaq çox çətindir. Atılacaq addımlar mövcud iqtisadi inkişaflardan asılıdır” deyə qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!