"Bank of Baku” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının 22.05.2015-ci il tarixli qərarına əsasən, bankın səhmdarlarından Hikmət Abuzər oğlu İsmayılovun bankın nizamnamə kapitalındakı iştirak payı 10% artaraq 31,11%-ə çatıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, III rübün sonuna bankın nizamnamə kapitalı 52,870 milyon manat təşkil edir.
Bankın səhmdarlarına gəlincə, 25.12.2015-ci il tarixinə "NAB Holdinq Anonim Şirkəti” (Türkiyə Respublikası) bankın kapitalının 35%-nə, "Azpetrol Neft Şirkəti" MMC 28,89%-nə, Hikmət Abuzər oğlu İsmayılov 31,11%-ə, Elçin Həmid oğlu İsayev isə 5%-nə sahibdirlər.