"Bank of Baku"nun səhmdarları növbədənkənar yığışacaq | Banco.az

"Bank of Baku"nun səhmdarları növbədənkənar yığışacaq

Yanvarın 27-də "Bank of Baku" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Atatürk prosoekti, 42 ünvanında baş tutacaq. 

Yığıncağın gündəliyi açıqlanmır. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et