"Bank of Baku" böyüyür – Aktivləri 1 milyard manata yaxınlaşır | Banco.az

"Bank of Baku" böyüyür – Aktivləri 1 milyard manata yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank of Baku" bu ilin yanvar-iyun aylarında 11 milyon 9 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 951 milyon 90 min manat olub ki, bu da bu ilin əvvəli ilə müqayisədə 80 milyon 201 min manat və ya 9,2% çoxdur.

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 712 milyon 667 min manat, depozit portfelinin həcmi isə 580 milyon 331 min manat olub. Bunlar da ötən ilin sonu ilə müqayisədə müvafiq olaraq 53 milyon 624 min manat (8,1%) və 64 milyon 564 min manat (12,5%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 11 milyon 702 min manat (19,1%) artaraq 72 milyon 872 min manata, faiz xərclərinin həcmi isə 8 milyon 485 min manat (45,7%) artaraq 27 milyon 61 min manata yüksəlib. 

30 iyun 2024 tarixinə bankın məcmu kapitalı 136 milyon 399 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın məcmu kapital tələbini (50 milyon manat) 2,7 dəfə üstələyir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstəririr. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram